“Neftçi” azarkeşlərinə görə ziyana düşüb

12 Fevral 2025 15:24

"Neftçi" klubu azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə cərimələnib.

Milli.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Azarkeşləri Azərbaycan Kubokunun 1/4 finalında "Kəpəz"lə oyun bitdikdən sonra pirotexniki vasitələrdən istifadə etdiyi üçün "Neftçi" 1500 manat cərimələnib.

Azərbaycan Kubokunda 1/4 finalın "Araz-Naxçıvan" - "Zirə" oyununda qonaqlar 4 futbolçusunun sarı vərəqə almasına görə 700 manat ziyana düşüblər.

"Səbail" - "Qarabağ" oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə isə meydan sahibləri 800 manat cərimə ödəyəcək.

Milli.Az