Hər şeyini satıb Türkiyəni tərk edir - FOTO

12 Fevral 2025 15:20

Aktrisa Serenay Sarıkaya Türkiyədən gedir.

Milli.Az xəbər verir ki, meneceri Ayşe Barımın həbs olunmasından sonra Serenay bu qərara gəlib. 

Aktrisa bütün mal-mülkünü satışa çıxaracaq.

O bununla bağlı yaxınlarına səs-soraq salıb. Serenay bundan sonra ABŞ-də, film və seriallara çəkiləcək.

Aktrisa orada sahəsi üzrə təhsil də alacaq. /baku.ws

Milli.Az