56 yaşlı kişinin evdən meyiti tapıldı

12 Fevral 2025 12:45

Hacıqabul sakini evində ölü tapılıb.

Milli.Az bildirir ki, Hacıqabul rayonunun Nəvahi kənd sakini 1969-cu il təvəllüdlü Həsənov Bəhrəm Əlisahib oğlunun yaşadığı mənzildə meyiti aşkar edilib. İlkin məlumata görə, evdə tək yaşayan 56 yaşlı B.Həsənovun çoxdan öldüyü müəyyən edilib.

Meyit müayinə olunmaq üçün Şirvan morquna aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az