61 ölkə süni intellektlə bağlı birgə qərar qəbul edib.
Milli.Az xəbər verir ki, Yelisey Sarayından verilən açıqlamada Parisdə keçirilən Beynəlxalq Süni İntellekt Fəaliyyət Sammitində 61 ölkə birgə bəyannamə imzalayıb.
İmzalanan süni intellektin "açıq, əhatəli və etik" olması ilə bağlı razılıq əldə olunub.
Fransa, Hindistan və Çin də daxil olmaqla ölkələr "açıq, əhatəli və etik" süni intellektlə bağlı konsensus əldə ediblər.
Süni intellekt və enerji ilə bağlı sualların ilk dəfə çoxtərəfli şəkildə həll edildiyi bildirilən bəyannamədə süni intellektin biznes sektoruna təsirləri ilə bağlı məlumatlılığın artırılması və bu sektorun gələcəyinə "müsbət" təsir göstərən texnologiyaların təşviq edilməsinin vacibliyi qeyd edilib.
Bəyannamədə bu texnologiyanın daha əlçatan olması üçün süni intellektin idarə edilməsində koordinasiyanın gücləndirilməsi və bazarda inhisarlaşmanın qarşısının alınmasının vacibliyi də vurğulanıb. Bəyannamədə süni intellektin təhlükəsizliyini və etibarlılığını təmin etmək üçün irəliləyişlərin əldə edilməsinin vacibliyi vurğulanıb və süni intellektin cəmiyyətlər üçün "davamlı" olmasının prioritet olduğu bildirilib.
Fidan
Milli.Az