ABŞ Ukrayna ilə bağlı niyyətini açıqladı

12 Fevral 2025 23:40

Pentaqonun rəhbəri Pit Heqset Almaniyadakı Afrika Komandanlığının qərargahında jurnalistlərə verdiyi açıqlamada ABŞ-ın Ukraynaya öz hərbi qüvvələrini göndərməyəcəyini açıqlayıb.

Milli.Az xəbər verir ki, o, həmçinin ABŞ Prezidenti Donald Trampın Ukrayna məsələsində sülh sazişinin yaxın zamanda imzalanacağına ümid etdiyini qeyd edib:

"Biz İsrailin təhlükəsizliyini və Ukraynadakı münaqişənin sülh yolu ilə həllini təmin etməliyik, amma bu, bizim hərəkətlərimizi müəyyən etməməlidir. Mən ümid edirəm ki, Ukrayna ilə bağlı sülh müqaviləsi tezliklə imzalanacaq və Prezident bu sazişi dəstəkləyir", - Pentaqon rəhbəri vurğulayıb.

Asya
Milli.Az