Polis əməliyyatlar keçirdi - 43 nəfər tutuldu

12 Fevral 2025 10:06

Fevralın 11-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat XidmətindənMilli.Az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 149, o cümlədən borclu şəxs qismində axtarışda olan 123 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.     

Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Milli.Az