Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək

12 Fevral 2025 09:19

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-cü il üçün ilk iclası keçiriləcək.

Milli.Az bildirir ki, bu barədə "Qafqazinfo"ya Komissiya üzvü Əliməmməd Nuriyev məlumat verib.

Ə.Nuriyev qeyd edib ki, iclasda daxil olan müraciətlərə baxılacaq:

"Ötən illərin təcrübəsinə əsasən, daxil olan bütün müraciətlər araşdırılır, hər mürciətlə bağlı hazırlanan rəy Prezidentə təqdim olunur. Bundan sonra kimin əfv olunacağı ilə bağlı qərar Prezident tərəfindən verilir. Çünki əfv hüququ Prezidentin müstəsna - konstitutsion səlahiyyətidir".

O, qarşıdakı müddətdə əfvlə bağlı sərəncamın gözlənildiyini, amnistiya ilə bağlı isə hər hansı məlumata malik olmadığını vurğulayıb.

Milli.Az