Əsəd rejimi dolları belə çap edirmiş - FOTO

12 Fevral 2025 09:20

Suriya ordusu Livanla sərhəddə devrilmiş rejimin saxta əskinas çap etdiyi obyekti ələ keçirib.

Milli.Az xəbər verir ki, Suriyada ordu sərhəddə qeyri-qanuni fəaliyyətlərin qarşısını almaq üçün Homs şəhərinin Qusayr bölgəsində genişmiqyaslı əməliyyat keçirib.

Əməliyyat zamanı devrilmiş Əsəd rejimi üzvlərinin bölgədə müasir maşınlarla saxta xarici valyuta istehsal etdikləri obyekt müəyyən olunub. /APA

Milli.Az