UEFA Çempionlar Liqası: gecənin matçları

12 Fevral 2025 10:12

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına dörd görüşlə yekun vurulacaq.

Milli.Az xəbər verir ki, "Brügge" klubu "Atalanta"nı Bakı vaxtı ilə saat 21:45-də qəbul edəcək.

Bakı vaxtı ilə gecəyarısı keçiriləcək görüşlərdə isə "Seltik" klubu "Bavariya" ilə, "Feyenoord" klubu "Milan"la, "Monako" klubu "Benfika" ilə qarşılaşacaq.

Qeyd edək ki, cavab görüşləri fevral ayının 18 və 19-da keçiriləcək.

12 fevral

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

Saat 21:45, "Brügge" - "Atalanta".

13 fevral

Saat 00:00, "Seltik" - "Bavariya";

Saat 00:00, "Feyenoord" - "Milan";

Saat 00:00, "Monako" - "Benfika".

Milli.Az