Almaniyanın ən bahalı evi satılır: Bu məşhurun imiş - FOTO

12 Fevral 2025 08:59

Hollivud ulduzu Bred Pitt üçün tikildiyi iddia edilən və Almaniyanın ən bahalı daşınmaz əmlakı kimi göstərilən Schvanenverder adasındakı villa 79 milyon avroya satışa çıxarılıb.

Milli.Az xəbər verir ki, yaşayış sahəsi 1490 kvadratmetr olan rezidensiyada 9 yataq otağı, 8 vanna otağı və şəxsi hovuz var. Ümumilikdə 10700 kvadratmetr torpaq sahəsində inşa edilən rezidensiyada geniş park sahəsi də mövcuddurş

Villa memarlıq quruluşu ilə gəmi göyərtəsini xatırladır. Məşhur aktyor Pitt müsahibəsində Berlinə köçmək istədiyini və Potsdamda ev tikdirdiyini bildirib. (Publika.az)

Milli.Az