Goranboyda ağır qəza - ölən var

11 Fevral 2025 21:45

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, rayonun Zeyvə kəndi ərazisində "Mersedes" və "Shevrolet" markalı avtomobillərin iştirakı ilə baş verən qəzada 47 yaşlı Nazar Alışov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az