1 həftədir yoxa çıxan kişini siçanlar YEDİ - FOTO

13 Fevral 2025 04:04

Türkiyədə 1 həftə əvvəl ölən kişinin meyitini siçanlar yeyib.

Milli.Az bildirir ki, hadisə Eskişehir şəhərinin Tepebaşı qəsəbəsində baş verib.

Üç uşaq atası olan 67 yaşlı Y.Ö.-dən xəbər ala bilməyən qohumları polisə məlumat veriblər. Verilən ünvana gedən polislər yaşlı adamı yerdə uzanıqlı halda tapıblar. Onun meyitinin bir hissəsinin siçanlar tərəfindən yeyildiyi məlum olub.

Kişinin nə səbəblə öldüyü isə bilinmir. Araşdırma aparılır. /Lent.az

Milli.Az