“İlk gündən qısa geyinmədim”

13 Fevral 2025 01:01

"Mən səhnəyə milli üslubda gəlmişəm. Muğam, tar-kamanla, sonra bəstəkar əsərlərinə, estrada janrına, türk mahnılarına müraciət etmişəm. İlk gündən qısa geyinmədim".

Milli.Az bildirir ki, bu sözləri ARB TV-də yayımlanan "Pərvizə görə" verilişində müğənni Mətanət Əsədova söyləyib.

O, qısa geyinməməsinin səbəbini açıqlayıb:

"Tək özümə məxsus olan gündə hər cür geyinirəm. Efirdə geyinmirəm, utanıram. Məni xalq da elə qəbul etməyəcək. Mənim bədən quruluşum buna yola verir, əyri-əskiyim yoxdur. Adi həyatda öz bədən qurluşuma, çəkimə uyğun hər dəbə müraciət edirəm. Kompleksim yoxdur. Məni, Mətanət Əsədovanı sevən onu istəməyəcək. Özümü orada görmürəm. Olmazın olmazı var. O qədər özümə qarşı sərhədlər qoymuşam. Bir kişi ki, qadına sərhədlər qoyur. O elə-belədir. Mənə "niyə bunu belə etdin, elə etdin" deyən yoxdur, ancaq özüm deyirəm".

Milli.Az