Davudoğlu ilə Klinton Qarabağdan danışacaq
29 May 2010 12:47
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində o, amerikalı həmkarı Hillari Klinton ilə görüşəcək. Məlumata görə, görüş Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutacaq. Davudoğlu İran, Türkiyə və Braziliya arasında Tehranın nüvə proqramına dair imzalanmış razılaşma ilə əlaqədar müzakirələr aparacaq.
"Zaman" qəzeti isə görüşdə Dağlıq Qarabağ münaqişəsi haqda da müzakirə aparılacağını yazır.
Milli.Az