Rok ulduzunun şəxsi təyyarəsi qəza törətdi - ölən var - FOTO

11 Fevral 2025 16:20

ABŞ-ın Arizona ştatında hava limanının uçuş-enmə zolağında iki təyyarənin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. İki zərərçəkənin vəziyyəti ağırdır.

Milli.Az bildirir ki, qəzada iştirak edən hər iki təyyarə kiçikdir. Onlardan biri məşhur rok qrupu "Motley Crue"nin vokalisti Vince Nilə məxsusdur.

Texas ştatının Ostin şəhərindən gələn "Learjet 35A" təyyarəsinin enişdən qısa müddət sonra şassisi sıradan çıxdığı bildirilir. Nəticədə 8 nəfərlik təyyarə idarəetməni itirərək park edilmiş "Gulfstream 200" biznes-jetinə çırpılıb.

Yanğınsöndürənlər hadisə yerində olan şəxsi xilas etməli olublar.

"Motley Crue" rok qrupunun menecerinin dediyinə görə, təyyarədə sənətçi yox, sevgilisi və dostu olub. Onların hər ikisi xəstəxanadadır. /Lent.az 

Milli.Az