Əfqanıstanda güclü partlayış - 5 ölü, 7 yaralı var

11 Fevral 2025 13:58

Əfqanıstanın şimalındakı Kunduz əyalətində banklardan birinin qarşısında kamikadze hücum olub.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Əfqanıstanın şimalında, Kunduz əyalətində yerləşən Kabil Bankının qarşısında bomba hücumunda ən azı 5 nəfər ölüb, 7 nəfər yaralanıb.

Partlayış yerli işçilərin maaşlarını toplamaq üçün toplandığı sırada baş verib. Hücum mülki şəxslər və Taliban əsgərlərini hədəf alıb.

Hələlik heç bir qrup bu hücumu öz üzərinə götürməyib.

Milli.Az