Rusiyalı nazir minaya düşdü - FOTO

11 Fevral 2025 13:05

Yakutiyanın "Gənclərlə İş və Sosial Kommunikasiyalar" naziri Petr Şamaev xüsusi hərbi əməliyyat (SVO) zonasında mina partlayışı nəticəsində ağır xəsarət alıb.

Milli.Az rus mətbuatına istinadla xəbər verir ki, Şamaev fevralın 1-də səhər saatlarında kəşfiyyat əməliyyatı zamanı piyada əleyhinə mina ilə partlayıb. 

Partlayışdan sonra əsgər yoldaşı Momon Şamaev'i 4 kilometrdən çox məsafə boyunca kürəyində daşıyıb və onu Belqoroddakı xəstəxanaya aparıb. Növbəti üç günü xəstəxanada keçirdikdən sonra, Şamaev fevralın 5-də Moskvada əməliyyat olunub. Nazir sağ ayağını dizindən aşağı itirdiyini açıqlayıb və bu, artıq onun dördüncü əməliyyatıdır.

Şamaev hazırda əlil arabasında hərəkət edə bilir və vəziyyətinin yaxşılaşdığını bildirib.

Fidan
Milli.Az