Burakın rus pərəstişkarları izdiham yaratdı - VİDEO

11 Fevral 2025 13:40

Türkiyənin məşhur aktyoru Burak Özçivitin pərəstişkarları Kreml sarayında izdiham yaradıb.

Milli.Az xəbər verir ki, bu barədə "SHOT" Teleqram kanalı məlumat yayıb.

Moskvaya gələn sənətçi orkestrin müşayiəti ilə məşhur türk seriallarından Rusiyada sevilən mahnıları ifa edib. Tədbirdə Özçivitin yüzlərlə pərəstişkarı iştirak edib.

Sənətçi səhnə performansını yekunlaşdırandan sonra onun qadın pərəstişkarları kütləvi şəkildə səhnəyə "hücum edib".

Həmin anları təqdim edirik:

Milil.Az