Türkiyədə bələdiyyə sədri həbs edildi

11 Fevral 2025 12:31

Türkiyənin Van Böyükşəhər Bələdiyyəsinin sədri Abdullah Zeydan həbs edilib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki,  Zeydan "terror təşkilatına yardım etmək" və "terror təşkilatının təbliğatını aparmaq" ittihamları ilə 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Diyarbəkir 5-ci Ağır Cəza Məhkəməsində keçirilən iclasda Zeydan iştirak etməyib.Məhkəmə daha əvvəl yerli məhkəmə tərəfindən verilən 8 il 1 ay 15 günlük həbs cəzasını Ali Məhkəmənin ləğv etməsindən sonra qərarını yenidən nəzərdən keçirib və cəzanı 3 il 9 aya endirib.

Milli.Az