Trampdan HƏMAS-a xəbərdarlıq: "Şənbə günü günortaya qədər..."

11 Fevral 2025 12:44

ABŞ prezidenti Donald Tramp şənbə günü saat 12:00-a qədər Qəzzada bütün girovların azad edilməməsi halında atəşkəs razılaşmasını ləğv edəcəyini açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlama verərkən deyib.

Tramp eyni zamanda "Misir və İordaniya qaçqınları qəbul etməsə, yardımları kəsəcəyəm" deyərək hər iki ölkəni hədələyib.

O, atəşkəsin qüvvədə qalmasının son nəticədə İsraildən asılı olduğunu bildirib, lakin girovların azad edilməməsi vəziyyətində "qiyamət qopacağına" dair xəbərdarlıq edib.

Tramp çoxsaylı girovların həyatını itirməkdən qorxduğunu da dilə gətirib. 

Milli.Az