Castin model arvadından boşanır? - FOTO

11 Fevral 2025 11:36

Dünyaca məşhur supermodel Hayli Biber əri, pop ulduz Castin Biberlə ayrılması barədə yayılan xəbərlərə reaksiya verib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, model instaqram hesabında bununla bağlı paylaşım edib.

"Mən qüsursuzam. Məni rədd etdilər. Hələ bir məqsədim var," deyə Hayli bu sözləri əks etdirən bir foto paylaşıb.

Bu paylaşım sosial şəbəkə istifadəçilərinin diqqətindən qaçmayıb. Bir çox izləyici cütlüyün arasında ciddi problemlərin olduğu və yaxın zamanlarda onların ayrılacağı barədə ictimaiyyətə açıqlama verəcəklərini qeyd ediblər.

Artıq bir neçə aydır ki, Castin və Hayli Biberin münasibətlərindəki çətinliklər sosial mediada müzakirə edilir. Cütlüyə yaxın mənbələrin dediklərinə görə, model hazırda həbsdə olan Pi Diddi ilə yaşadığı qalmaqal fonunda Castinlə boşanma barədə düşünür. 

Milli.Az