Rusiyanın 4 hava limanı fəaliyyətini dayandırdı

11 Fevral 2025 10:48

Kazan, Kirov, Saratov və Ulyanovsk hava limanlarında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Milli.Az rus mətbuatına istinadla xəbər verir ki, məhdudiyyətlərin fevralın 11-də səhər tezdən "mülki təyyarələrin təhlükəsizliyini təmin etmək məqsədilə" tətbiq edildiyini bildirib.

2,5 saat sonra məhdudiyyətlər ləğv edilib.

Qeyd edək ki, bu gün səhər Ukrayna Rusiyaya PUA-larla hücum edib.

Hadisə ilə bağlı rəsmi qurumların əlavə açıqlamaları gözlənilir.

Milli.Az