Sosial şəbəkədə tanış olduğu qadın başına "oyun açdı", indi maşında yaşayır - FOTOlar

11 Fevral 2025 10:36

Antalyada yaşayan 62 yaşlı Necdet Tilifin sosial şəbəkədə tanış olduğu qadın ilə evləndikdən sonra həyatı kabusa çevrilib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, Tilifin iddiasına görə, evləndikdən 10 gün sonra arvadı ondan evini onun adına keçirməsini tələb edib. Borclarını ödəmək üçün evini satan Tilif aldığı yeni mənzili də həmin qadına verib. Daha sonra Z.T.-nin onu aldatdığını öyrənən kişi evi tərk edib və hazırda küçədə yaşayır. O, vəkil tutmağa imkanı olmadığını, hüquqi proseslərdə tək qaldığını bildirib.

Evlilikdən sonra baş verən münaqişələr nəticəsində barəsində uzaqlaşdırma qərarı çıxarılan Tilif 4 aydır ki, avtomobildə yaşayır.

Keçirdiyi yol qəzası da onun yeganə gəlir mənbəyini də əlindən alıb. Qəzadan əvvəl tullantılardan alüminium qutular toplayaraq və ikinci əl paltar sataraq dolanan kişinin hazırda nə işi, nə də yaşayış yeri var.

Tilif keçmiş həyat yoldaşının ona yaşatdığı çətinliklərə görə hüquqi müdafiə tapa bilmədiyini bildirərək, ədalət axtarışını davam etdirəcəyini qeyd edib.

Fidan
Milli.Az