"Oğlunuz sizinlə çiməcək yaşda deyil" - FOTO

11 Fevral 2025 09:12

Aparıcı-model Krissi Teygenin övladları ilə paylaşdığı fotosu tənqid olunub.

39 yaşlı model bir yaş yarımlıq oğlu Ren, iki yaşlı qızı Este və altı yaşlı oğlu Mayls ilə birlikdə vannada çılpaq foto çəkdirib. Sosial media izləyiciləri onu bu addımına görə tənqid ediblər. 

"Bunu niyə paylaşırsınız?", "Oğlunuz sizinlə çimmək üçün çox böyükdür. Bu, yersizdir", "Onu həbs etmək lazımdır" deyə, izləyicilər bildirib. (axsam.az)

Milli.Az