Emin Mahmudov “Neftçi”nin tarixinə düşdü

11 Fevral 2025 08:38

Misli Premyer Liqasının XXII turun görüşləri keçirilib.

Milli.Az xəbər verir ki, "Neftçi" səfərdə "Zirə" ilə qarşılaşıb. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Həmçinin bu matç "Neftçi"nin üzvü Emin Mahmudov üçün əlamətdar olub.

Belə ki, millimizin üzvü komandasının ilk qolunun müəllifi olub. Bu qolla o, "Neftçi"nin səfər matçlarında 650-ci qoluna imza atıb.

Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi 2017-ci ildən "ağ-qaralar"ın şərəfini qoruyur.

Milli.Az