Qvatemalada avtobus dərəyə aşdı - 51 nəfər öldü

10 Fevral 2025 23:56

Qvatemalada avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Emisoras Unidas" radiostansiyası məlumat yayıb.

Məlumata görə, ölənlərdən 36-sı kişi, 15-i isə qadındır.

Ölənlərin sayının artacağı gözlənilir. Hadisə yerində xilasetmə qrupları işləyir.

Bildirilib ki, qəzaya avtobusun əyləc sisteminin nasazlığı səbəb olduğu ehtimal edilir.

Milli.Az