Azərbaycanda yeni BOKT yaradıldı

10 Fevral 2025 23:15

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "For Finance" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.

Milli.Az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, yeni BOKT-un hüquqi ünvanı Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, ev 54, mənzil 41, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 1 milyon manat, qanuni təmsilçisi isə Azad Fikrət oğlu Azadovdur.

Milli.Az