Aparıcı İlkin Həsəni paylaşımı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, o, ötən gün atasının başına gələn maraqlı hadisədən danışıb. İlkin bildirib ki, atası 15 yaşlı nəvəsini götürmək üçün restoranlardan birinin qarşısına gedib və həmin anda avtomobilə nəvəsi ilə yanaşı iki tanımadığı qız da əyləşib.
Qızlar maşınını taksi bilərək ona oturub. İlkinin valideyni isə qızları nəvəsinin rəfiqəsi olaraq avtomobilə əyləşdiyini anlayıb. Onların tanış olmadığı üzə çıxdıqdan sonra isə aparıcının atası qızları evlərinə qədər aparıb.
"Qızlar atama ödəniş belə təklif ediblər. Atam isə qəbul etməyib. Bu gülməli olsa da, valideynlər və o yaşda olan qızlar çox diqqətli olmalıdırlar. Çünki bəxtləri gətirib ki, qarşılarına atam kimi bir insan çıxıb. Nə onları yarıyolda qoyub, nə də hansısa xoşagəlməz bir hadisə baş verməyib. Ola bilər ki, bu video həmin qızların qarşısına çıxsın. Bilin ki, həmin o kişi mənim atamdır" deyə, İlkin qeyd edib. (Axşam.az)
Milli.Az