"Beşiktaş" kolumbiyalı futbolçu aldı - FOTO

10 Fevral 2025 20:20

Türkiyənin "Beşiktaş" klubu kolumbiyalı futbolçu Elan Rikardo ilə anlaşdığını açıqlayıb.

Milli.Az "ağ-qaralar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün sabah İstanbula yollanacaq.

Qeyd edək ki, 20 yaşlı futbolçu son olaraq ölkəsinin "La Ekidad" kollektivində çıxış edib.  /"Report"

Milli.Az