Vilayət Eyvazov ona yüksək vəzifə verdi

10 Fevral 2025 18:04

Gəncə Regional Mühafizə İdarəsinə yeni rəis təyin olunub.

Milli.Az Teleqraf-a istinadla xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı Elçin Əsgərov təyin edilib. Yeni rəisin bu gün təqdimatı olub.

Qeyd edək ki, Elçin Əsgərov daha əvvəl Tovuz Regional Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.

Milli.Az