Fransa növbəti illərdə süni intellekt sahəsinə 109 milyard avro sərmayə yatıracaq.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu məlumatı ölkə Prezidenti Emmanuel Makron "France 2"yə müsahibəsində açıqlayıb.
O bildirib ki, bu investisiya ABŞ-nin "Stargate" layihəsinə ekvivalent olacaq.
Həmçinin Makron qeyd edib ki, bu gün Fransada süni intellekt sahəsində təhsil alan təxminən 40 min gənc var və həmin rəqəmin 100 minə çatdırılması planlaşdırılır.
Milli.Az