“Real”ın stadionundan qazandığı dodaq uçuqladan məbləğ

10 Fevral 2025 17:34

Planetin ən titullu futbol klubu "Real" məşhur "Santyaqo Bernabeu" arenası sayəsində ötən mövsüm 307 milyon avro qazanıb. Bu il isə "Kral klubu" 354 milyon, orta hesabla hər oyundan 10 milyon gəlir gözləyir.

Milli.Az xəbər verir ki, "Kral klubu"nun ev stadionunun gəlirinə aşağıdakılar daxildir: oyun günlərindəki gəlirlər, ekskursiyalardan və digər tədbirlərdən əldə olunan gəlirlər. Orta hesabla, "Real"ın kassasına hər oyunda 10 milyon avro daxil olur.

Məsələn, ötən mövsüm "Kral klubu" "Santyaqo Bernabeu"da 25 oyun keçirib və stadionun ümumi gəliri 248 milyon avro olub.

Bundan əlavə, "Real"ın xəzinəsini stadionda müxtəlif konsertlər keçirməklə doldurmaq olardı, lakin Madrid rəhbərliyinin səs-küy səviyyəsinə dair tələblərinə görə bunlar ləğv edilib.

2024/25 mövsümünün sonuna kimi məşhur arena Madrid komandasına 354 milyon avro qazandırmalıdır.

Artan gəlir həm azarkeşlərin sayının, həm də bilet qiymətlərinin artması hesabına olmalıdır.

Hazırda Karlo Ançelottinin komandası La Liqanın turnir cədvəlində 50 xalla birinci yerdədir. Ötən həftəsonu "Real Madrid" öz meydanında "Atletiko" ilə paytaxt derbisində 1:1 hesablı heç-heçə edib. /Lent.az

Milli.Az