"Usta tanımayan" 5 maşın modeli - Rahatlıqla 400 min km gedir

10 Fevral 2025 17:00

Mərkəzi ABŞ-də olan "iSeeCars" şirkətinin apardığı araşdırmaya əsasən ən uzun ömürlü avtomobillər müəyyənləşdirilib.

Milli.Az xəbər verir ki, 402 milyondan çox avtomobilin təhlili əsasında aparılan araşdırmada, 400 min kilometrdən çox məsafə qət edə bilən modellər siyahıya daxil edilib. Ümumilikdə, adi bir avtomobilin bu kilometr həddinə çatma ehtimalı 8,6 faiz olduğu halda, siyahıya daxil edilən modellər bu göstəricini üstələyib.

Araşdırma zamanı qəzalar, zərbəyə davamlılıq, əyləc sistemi kimi bir çox texniki göstəricilər mütəxəssislər tərəfindən qiymətləndirilib və ən uzun kilometraj ömrünə sahib 10 avtomobil modeli müəyyən edilib.

1 - Toyota Avalon %22.0

2 - Honda Accord: %16,6

3 - Toyota Camry: %13,5

4 - Honda Accord Hibrid: %13.1

5 - Toyota Prius: %12,6

İslam
Milli.Az