Bu Avropa ölkəsinin prezidenti istefa verir

10 Fevral 2025 16:50

Rumıniya Prezidenti Klaus Yohannis istefa verməyə hazırlaşır.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, o, dövlət başçısı postunu fevralın 12-də tərk edəcək.

Prezidentin ölkə vətəndaşlarını böhrandan azad etmək üçün bu addımı atmağa qərar verdiyini bildirib.

Bildirək ki, Rumıniya parlamenti 11  fevral tarixində ümumi plenar iclas zamanı Yohannisin hakimiyyətdən uzaqlaşdırılmasına dair müxalifət tərəfindən irəli sürülən məsələni müzakirə etməli idi.

Milli.Az