ASUS Zenbook A14: yüngül, güclü, səyyar və süni intellekt - FOTO

10 Fevral 2025 16:21

Bir çox müasir texnologiyalar gündəlik həyatın asanlaşdırılmasına xidmət edir. Amma elə cihazlar var ki, bizim baxış bucağımızı tam olaraq dəyişir.  ASUS Zenbook A14 - məhz bu qəbildən olan bir cihazdır.

Son dərəcə yüngül. İnanılmaz dərəcəd güclü. O rəqiblərində olmayan innovasiyalara malikdir. O, noutbukdan maksimum səmərələlik gözləyən istifadəçilər üçün yaradılıb. Kim olmağınızdan asılı olmayaraq - istər proqramçı olun, istər biznesmen olun və ya sadəcə komfort axtarışında olan  istifadəçi - Zenbook A14 istənilən şəraitdə sizin ən güvənli köməkçiniz olacaq.

Biz səyyar texnologiyaların üstünlük təşkil etdiyi dönəmdə yaşayırıq. Sizin daha özünüzlə ağır cihazlar daşımağınıza və "addımbaşı" elektrik yuvası axtarmağınıza ehtiyac qalmayacaq. ASUS Zenbook A14-ün çəkisi cəmi 980 qramdır, qalınlığı isə 15,9 mm-ə bərabərdir. Bu, dünyanın ən yüngül AI Copilot+ PC noutbuklarındandır.

O, Zenbook 14 UX3405-dən 20 faiz daha yüngül, habelə ondan daha güclü, daha ağıllı və daha uzunömürlüdür. O qədər yüngüldür ki, siz onu, demək olar ki, çantanızda hiss etməyəcəksiniz, onu tək əldə saxlamaq belə rahatdır. O, sizin sərbəst hərəkətinizə heç bir əngəl yaratmayacaq.

ASUS Zenbook A14 - avtonom iş müddəti üzrə rekordçudur. Videolara baxış rejimində 32 saata qədər, brauzer rejimində 19 saatdan çox istifadə edilə bilir. Bu noutbuk sizi bütün günü müşayiət edəcək. Bəlkə, ardıcıl iki gün elektrik zərurəti yaranmayacaq.

Bunun hamısı güclü 70Vt-saatlıq batareyanın sayəsində mümkün olub.  O, qısa zamanda enerji yığır. Onu adi smartfon adapter və ya "powerbank"la da qidalandırmaq mümkündür ki, bu da onu səyahətlər üçün ideal müşayiətçiyə çevirir.

Zenbook A14 - "Copilot+ PC" standartlarına cavab verən cihazdır və bu onu süni intellektlə bağlı tapşırıqlar üçün əla seçimə çevirir. Güclü Snapdragon X prosesoru və öncədən quraşdırılmış Qualcomm AI Engine  neyroprosesoru hesabına o, bir saniyə ərzində 75 trilyon əməliyyat yerinə yetirə bilir. Üstəlik, onlardan 45-i məhz sünit intellekt üçün rezervləşdirilib.

Bu noutbuk birbaşa elektrik cərəyanı ilə necə tez işləyirsə, batareya rejimində də elə tez işləyir. Bundan başqa, Windows 11-də olan ARM arxitekturası sayəsində o, "yuxu rejimindən" anidən çıxmaq kimi funksiyaya malikdir. Sadəcə, qapağı qaldırın və noutbukla işləməyə başlayın. Bu arxitektura, eyni zamanda, rekord müddətdə avtonom işi mümkün edir. Bu, gələcəyin texnologiyasıdır.

Zenbook A14 başqalarından təkcə yüngüllüyü ilə seçilmir. Onun korpusu almünoksid keramikadan (Ceraluminum™.) təşkil olunub

Həmin material:

Klassik anodlama ilə müqayisədə 3 dəfə daha möhkəmdir
Cızıqlara və ləkələrə davamlıdır
O, təkcə qapağı deyil, bütün korpusu əhatə edir.

İstehsalat proses tam olaraq ekolojidir.

Dizayn, fotoqrafiya sahəsində çalışanlar üçün, həmçinin, visual kontent yaradıcıları üçün ekranın keyfiyyəti birincidərəcəli əhəmiyyət daşıyır. Zenbook A14-ün OLED displeyi  tam yeni səviyyəyə qədəm qoyur.

Rəng ötürücülüyünün yüksək dəqiqliyi: ΔE < 1, Pantone tərəfindən sertifikatlaşdırılıb.
Həqiqi qara gənlər: kontrastlılıq əmsalı 1 000 000:1.
Uyğunlaşma: istifadəçi sRGB-dən tutmuş DCİ-P3-ə kimi müxtəlif rəng profillərini seçə bilir.
Ani  reaksiya müddəti: yüksək dəqiqlikli səlis təsvir üçün cəmi 0,2 ms
Zərərli göy rəng şüalanması 70% daha azdır. Gözləri qoruyur, yorğunluğu azaldır. Bu ekran istənilən kontenti daha bəyaz və daha təbii edir.

Zenbook A14 gündəlik işlərin görülməsində kömək edən süni intellekt funksiyalarına malikdir:

Recall funksiyası - sizin noutbuka sözün əsl mənasında bir neçə saniyə ərzində yadda saxlamağa və  lazımi sənədləri, məktubları, veb-səhifələri axtarıb tapmağa imkan yaradır.
Windows-da daha effektiv axtarış - təbii dildən istifadə etməklə lazımi faylların və sazlamaların qısa bir zamanda axtarıb-tapılması.  
Süni intellektlə işləyən yaradıcı alətlər - Cocreator tətbiqi adi eskizləri tamhüquqlu illüstrasiyalara çevirir, Paint isə avtomatik olaraq şəkillərin fonunu silir və ya onların icazəsini artırır.
Peşəkar videokonfrans - ASUS AISense kamerası təsvirin optimizasiyası, fonun bulanıqlaşdırılması və işıq korreksiyası kimi funksiyalara malikdir. Windows Hello funksiyaları isə təhlükəsizlik və konfidensiallıq səviyyəsini artırır.

Zenbook A14 istifadənin rahatlılığı üçün hərtərəfli şəkildə incələnib:

WiFi 7 -  Əvvəlki nəsillərdən 5 dəfə daha sürətlidir.
ErgoSense klaviaturası -  Klaviatura arxasında uzunmüddətli iş zamanı rahatlığı təmin edir. 
Harman audiosistemi / Kardon - yüksəkkeyfiyyətli və güclü stereodinamiklər
MIL-STD 810H hərbi standartlarına uyğunluğu yoxlanılıb- noutbuk ən əlverişsiz şəraitlərdə davamlılıq testindən uğurla keçib və məhz bu səbəbdən gündəlik həyatda ən etibarlı müşayiətçidir.

Bu baxımdan, ASUS Zenbook A14  aktiv həyat tərzi üçün ideal bir noutbukdur. O, özündə funksionallığı, üslubu və yüksək səmərəliliyi birləşdirir. ASUS Zenbook A14 - sizin azadlığınızı məhdudlaşdırmayan bir noutbukdur. Harada olursunuzsa-olun, nə ilə məşğul olursunuzs- olun, o, hər zaman sizin yanınızdadır və işləməyə hazırdır.