Bakıda İnsan İnkişafı Forumu keçirilir - FOTO

11 Fevral 2025 10:10

Bakıda İnsan İnkişafı Forumu start götürüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, forum KOBİA-nın tərəfdaşlığı, "Paşa Holding"in dəstəyi ilə keçirilir.

Forumda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, "PAŞA Holding" MMC-nin baş icraçı direktoru Cəlal Qasımov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin bir sıra deputatları və digər şəxslər iştirak edirlər.

Milli.Az