Tanınmış müğənninin səhhətində problem yarandı - FOTO

10 Fevral 2025 12:06

Opera və vokal ifaçısı Lətifə Soyuözün səhhətində problem yaranıb. 

Milli.Az xəbər verir ki, sənətçi instaqram səhifəsində paylaşım edərək müəmmalı virusa yoluxduğunu bildirib. 

Bunun üçün evə həkim çağırdığını açıqlayan Soyuöz vəziyyətini bu sözlərlə ifadə edib:

"Biz bu səhər belə oyandıq. Özünüzə yaxşı baxmağı unutmayın. Bu il artıq neçənci dəfədir xəstələnirəm". (Olay.az)

Milli.Az