“Meydançadan çıxmağımızı o istədi” - "Adana Demirspor”un baş məşqçisi

10 Fevral 2025 08:35

Xəbər verdiyimiz kimi, Türkiyə Super Liqasının 23-cü turunda "Adana Demirspor" futbolçuları "Qalatasaray"la matçda meydanı tərk edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Adana təmsilçisinin baş məşqçisi Mustafa Alper Avcı açıqlama verib.

Təcrübəli mütəxəssis bu qərarın ondan qaynaqlanmadığını bildirib:

"Penaltidən sonra meydançadan çıxmağımızı prezidentimiz istədi. Biz meydançada qalmaq istədik".

Milli.Az