Qəza səbəbindən Bakı-Sumqayıt şosesində sıxlıq yarandı

9 Fevral 2025 18:00

Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qəza səbəbindən metronun "20 Yanvar" stansiyası istiqamətində sıxlıq yaranıb.

Sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür.

Milli.Az