Türkiyədə futbol komandanın avtobusuna hücum - yaralılar var - VİDEO

9 Fevral 2025 17:16

Türkiyənin Elazığ bölgəsində "Vanspor"un komanda avtobusu daşlı hücuma məruz qalıb.

Milli.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə "Elazığspor"un 2:1 hesablı qələbəsi ilə başa çatan "Elazığspor"-"Vanspor" matçından sonra baş verib.

Hadisə zamanı avtobusda olan 3 nəfər yaralanıb.

Hücumla bağlı Elazığ valisi Numan Hatipoğlu açıqlama verib:

"Meydanda baş verənlər meydanda qalmalı, idmanın birləşdirici və qardaşlığı gücləndirən ruhundan yayınmamalıdır. Ancaq təəssüf ki, "Vanspor"un şəhərimizdən ayrılması zamanı heç istəmədiyimiz daşqalaq hadisəsi baş verdi"./"qafqazinfo"

Milli.Az