Astarada yol qəzası - Ölən var

9 Fevral 2025 13:42

Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ" markalı minik avtomobilinin motosikletlə toqquşması nəticəsində ikincinin sürücüsü Nizami Əsgərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az