"Yalı çapkını"nın aktrisası boşanır - FOTO

9 Fevral 2025 07:55

Türkiyəli məşhur cütlük Anıl Altan və Pelin Akil boşanır. 

Milli.Az xəbər verir ki, tez-tez haqlarında ayrılıq iddiaları çıxan cütlük boşanma qərarı alıb. Bu barədə "Posta gazatesi" məlumat yayıb.

Qeyd edək ki, Pelin və Anıl 2016-ci ildə ailə qurub. Cütlüyün Alin və Lina adlı 2 əkiz qızları var.

Pelin son olaraq "Yalı çapkını" serialında rol alıb. 

Milli.Az