Serbiya prezidenti ölümdən döndü - ANBAAN VİDEO

9 Fevral 2025 07:22

Serbiya Prezidenti Aleksandr Vuçiçin avtomobili ilə bağlı xoşagəlməz hadisə baş verib.

Milli.Az xəbər verir ki, maşında olan Vuçiç özü "TV Informer" telekanalına müsahibəsində bu barədə danışıb.

Onun sözlərinə görə, qeyri-adi heç nə baş verməyib. Bu səbəbdən hadisə ilə bağlı hay-küy salmamağa çağırıb.

"Təkər partlayıbmı yoxsa başqa bir şey olub-olmadığını səlahiyyətli orqanlar müəyyən etməlidirlər və müəyyən edəcəklər", - Vuçiç vurğulayıb. /APA

Milli.Az