Paşinyanın avtobus macərası - VİDEO

8 Fevral 2025 23:25

İrəvanda ictimai nəqliyyatın bahalaşması fonunda Baş nazir Nikol Paşinyanın marşrutdan istifadə edərək, hökumət iqamətgahına getməsini əks etdirən video paylaşması məsxərəyə çevrilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, erməni mediası Paşinyanın videosunu bu cür təhlil edib:

1. "Telcell"dən 150 drama bilet almaq mümkün deyil, çünki aparat 50 dramlıq sikkəni qəbul etmir. Ancaq Paşinyan ala bilir;

2. Paşinyanın olduğu küçədən iqamətgahına 7 saylı avtobus getmir, ancaq baş nazir bu avtobusa minir;

3. Paşinyan 7 saylı avtobusa minib, 11 saylı avtobusdan düşür. Məhz 11 saylı avtobus hökumət iqamətgahına gedir.

Qeyd edək ki, İrəvanda ictimai nəqliyyat 150 drama (64 qəpik) qaldırılıb. Buna görə 8 gündür etiraz aksiyaları keçirilir.

Milli.Az