Moskvada binada baş verən yanğın söndürüldü - yenilənib

8 Fevral 2025 23:41

23:41

Yanğınsöndürənlər Moskvanın şərqində keçmiş elektrik zavodunun binasında baş verən yanğını tam söndürüblər.

Milli.Az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

---------
19:53

Moskvada keçmiş elektrik zavodunun binasında yanğının söndürülməsi istiqamətində səylər davam edir.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, indiyə qədər 90 nəfər xilas edilib.

-------
19:37

Moskvada keçmiş elektrik zavodunun binası yanır.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, binada rəqs studiyası və yaradıcılıq emalatxanası yerləşir.

Yanğınsöndürənlər indiyə qədər 40 nəfəri xilas ediblər.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva İdarəsindən bildirilib ki, binada alovların əhatəsində qalan insanlar var, onlar pəncərədən çıxmaq üçün yardım istəyirlər.

Milli.Az