"Tatu" mərkəzlərinə də lisenziya tələb ediləcək?

10 Fevral 2025 02:02

Dəriyə müdaxiyə bəzi hallarda tibb məntəqələrində, bəzi hallarda isə istənilən şəxsə icazə verilir....

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət tatu fəaliyyəti ilə məşğul olan şəxslərdən gedir.

Belə ki,  artıq Azərbaycanda hər kəs istənilən yerdə kosmteloji fəaliyyətlə məşğul ola bilməyəcək. Belə ki, dolğu, botoks, lazer, iynə ilə dəriyə hərhansı müdaxilə və s. kimi kosmetoloji xidmətlər ancaq tibb məntəqələrində mümkündür.

Bəs, lisenziya və tibb təhsili tələbi tatu mərkəzlərinə də aid edilirmi?

Həkim -mütəxəssislər hesab edir ki, dərinin üst təbəqəsinə iynə ilə müdaxilə hesab olunan tatu proseduru ilə də bağlı müəyyən tələblərə ehtiyac var.

15 ildən çoxdur ki tatu fəaliyyəti ilə məşğul olan Ülvi Əbilov isə deyir ki, lisenziyanın onlara da şamil ediləcəyi halda qeyri-peşəkar formada bu işi görənlər azalacaq.

Milli.Az