"X5" ilə "Hunday" toqquşdu - yaralananlar var - FOTO

8 Fevral 2025 15:48

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "BMW X5" markalı minik avtomobili ilə "Hyundai Sonata" markalı minik avtomobili toqquşub.

Hadisə zamanı hər avtomobildən bir sərnişin olmaqla, iki nəfər xəsarət alıb.

Hadisə ilə bağlı TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 08.02.2025-ci tarixində saat 13:10 radələrində 3 nəfər (1 qadın cinsli, 2 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

Hazırda müayinə və müalicələri davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

Milli.Az