Şirkət əməkdaşı iş başında ÖLDÜ

8 Fevral 2025 13:51

Neftçala rayonunda şirkət işçisi çalışdığı yerdə vəfat edib.

Milli.Az xəbər verir ki, hadisə fevralın 7-si saat 13 radələrində Neftçala şəhərində yerləşən Yodbrom MMC-də baş verib.

Şirkətin əməkdaşı 1975-ci il təvəllüdlü Vüsal Sərdarzadə işlədiyi yerdə qəfil dünyasını dəyişib.

Onun ölüm səbəbinin müəyyənləşməsi üçün ekspertiza təyin edilib.

Faktla bağlı Neftçala Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. /Teleqraf

Milli.Az