Dəhşətli qəza: Pezeşkian çağırış etdi

8 Fevral 2025 14:42

İran Prezidenti Məsud Pezeşkian Kirman əyalətində baş verən avtobus qəzasının araşdırılmasına çağırış edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Pezeşkian gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün qəzanın araşdırılmasının vacibliyini vurğulayıb.

İran prezidenti hadisədən kədərləndiyini bildirib və həlak olanların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, 6 fevralda Kirman əyalətində məktəbli qızları daşıyan avtobus qəzaya uğrayıb, nəticədə 6 qız həlak olub, 27 nəfər yaralanıb.

Milli.Az