Maskı Trampın kürsüsünə otuzdurdular - FOTO

8 Fevral 2025 12:12

"Time" jurnalı yeni üz qabığında amerikalı milyarder İlon Maskı ABŞ prezidenti kimi qələmə verilib.

Milli.Az xəbər verir ki, bu barədə gazeta.ru məlumat verib.

Üz qabığında Mask dövlət başçısının adətən Ağ Evin Oval kabinetində işlədiyi masa arxasında oturmuş, arxasında iki bayraq - ABŞ və ölkə prezidentinin bayrağı təsvir olunub.

Jurnal vurğulayır ki, heç bir fərdi şəxs ABŞ hökumətinin aparatı üzərində bu qədər gücə malik olmayıb.

Qeyd edək ki, eyni zamanda ABŞ Prezidenti Donald Tramp Yaponiyanın Baş naziri ilə birgə keçirilən mətbuat konfransında jurnalın yeni üz qabığındakı fotonu şərh edib.

Amerika lideri ona ünvanlanan suala belə cavab verib:

"Time" jurnalı hələ də mövcuddur? Mənim bundan xəbərim də yox idi".

Fidan
Milli.Az